AZ

Osimhen bu klubun təklifini qəbul edəcək

“Mançester Yunayted” “Qalatasaray”ın futbolçusu Viktor Osimhenə təklif irəli sürərsə, futbolçu razılıq verəcək. Metbuat.az xəbər verir ki, "Mançester Yunayted"in əfsanəvi kapitanlarından olan Rio Ferdinand öz verilişində Qananın keçmiş futbolçusu Asamoah Gyan ilə Osimhen barədə müzakirə aparıb. Gyan "Mançester Yunayted"i Osimheni transfer etməyə çağırıb. Ferdinand isə bildirib ki, "Mançester Yunayted" Osimhenə transfer təklifi irəli sürərsə, futbolçu təklifi qəbul edəcək.

Qeyd edək ki, Viktor Osimhenin adı bir sıra Avropa klubları ilə hallanıb.

Seçilən
0
metbuat.az

1Mənbələr