Sherg.az saytına istinadən ain.az xəbər verir.
Fevralın 1-də “Azərbaycan Nəşriyyatı" təmirə bağlandığı üçün “Şərq” qəzetinin kollektivi Beynəlxalq Mətbuat Mərkəzində bir otağa köçəcək. BBM-də otaq sayı artıq məhdud olması səbəbindən qəzet yalnız bir otaqda fəaliyyətini davam etmək məcburiyyətində qalır. Qəzetin tərkibində fəaliyyət göstərən mətbuat muzeyinin gələcək taleyi ilə bağlı isə iki variant irəli sürülüb.
Bu barədə “Şərq” qəzetinin baş redaktoru, əməkdar jurnalist Akif Aşırlı Citypost.az saytına müsahibəsində danışıb: “Muzeyimizin gələcəyi ilə bağlı Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Səadət Yusifova muzeyi ziyarət etdi və eksponatlarla tanış oldu. Bizə iki variant təqdim olundu: eksponatlar ya Muzey Mərkəzində hələlik saxlanılacaq, ya da Beynəlxalq Mətbuat Mərkəzində muzey üçün uyğun şəraitdə olsa orda sərgilənəcək.”
“Növbəti ay biz Beynəlxalq Mətbuat Mərkəzində bir otaqda fəaliyyətimizi davam etdirirəcəyik. Otaq sayı məhdud olsa da, muzeyin və qəzetin fəaliyyətini qorumaq üçün əlimizdən gələni edəcəyik” – deyə Akif Aşırlı əlavə edib
Turan Etibaroğlu
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.