AZ

"Qlobal siyasətdə yeni mərhələ başlayır" - QHT sədri

"Davosda Sülh Şurasının Nizamnaməsinin imzalanması köhnə dünya nizamının zəiflədiyini və yeni beynəlxalq nizamın formalaşdığını göstərən mühüm siyasi addımdır. Aparıcı dövlətlər bu sənədlə qarşıdurma deyil, sülh, sabitlik və əməkdaşlıq üzərində qurulan gələcək inkişaf modelini qəbul etdiklərini nümayiş etdirirlər".

QHT.az xəbər verir ki, bu sözləri “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri Nadir Azəri bildirib. QHT sədri vurğulayıb ki, sənəd Cənubi Qafqazda Ermənistan–Azərbaycan sülh prosesinə və regional əməkdaşlıq perspektivlərinə müsbət təsir göstərəcək:

"Azərbaycanın bu təşəbbüsə qoşulması ölkənin postmüharibə dövründə sülhə və qlobal əməkdaşlığa verdiyi strateji töhfənin məntiqi davamıdır".

Seçilən
19
qht.az

1Mənbələr