AZ

İrandan ABŞ ilə bağlı ŞOK QƏRAR – Dayandırıldı!

İran ABŞ-la diplomatik təmasların kəsildiyini açıqlayıb. Rəsmi Tehranın bildirdiyinə görə, Oman vasitəsilə aparılan bütün dolayı diplomatik mesajlaşmalar tamamilə dayandırılıb və hazırda de-eskalasiya ilə bağlı hər hansı danışıqlar aparılmır.

KONKRET.az xəbər verir ki, İran tərəfi bu qərarın regionda və beynəlxalq müstəvidə artan gərginlik fonunda verildiyini bildirir. Məlumata əsasən, indiyədək Vaşinqtonla Tehran arasında bir sıra həssas məsələlər üzrə məhz Oman vasitəçilik rolu oynayaraq mesajların ötürülməsini təmin edirdi.

Bu kanal xüsusilə nüvə proqramı, sanksiyalar və regional təhlükəsizlik mövzularında mümkün gərginliyin azaldılması üçün əsas diplomatik xətt hesab olunurdu.

Mənbələr qeyd edir ki, diplomatik əlaqələrin dondurulması ABŞ-İran münasibətlərində yeni və daha sərt mərhələnin başlanğıcı kimi qiymətləndirilir. İran tərəfi Vaşinqtonun son addımlarını “etimadsızlıq yaradan və təzyiq xarakterli” kimi dəyərləndirir və bu şəraitdə danışıqların mənasız olduğunu vurğulayır. Eyni zamanda, rəsmi Tehran bildirib ki, ABŞ mövqeyində ciddi dəyişiklik olmayacağı təqdirdə hər hansı dialoqun bərpası gözlənilmir.

Natiq Səlim,
KONKRET.az

Seçilən
14
1
konkret.az

2Mənbələr