AZ

Aİ Ermənistana 20 milyon avroluq yardımı təsdiqlədi

BAKI, 28 yanvar. TELEQRAF

Avropa İttifaqı Ermənistana qurumun Sülh Fondundan 20 milyon avro yardım ayrılmasını təsdiqləyib.

Teleqraf "news.am"a istinadən xəbər verir ki, qərar bu gün verilib .

Ermənistan ötən il fonddan yardım üçün müraciət etmişdi, lakin Macarıstan bunu bloklamışdı. Rəsmi Budapeşt Ermənistanın Azərbaycana da bərabər yardım göstəriləcəyi təqdirdə yardım almasına qarşı olmadığını bildirmişdi. Lakin diplomatik görüşlərdən və pərdəarxası danışıqlardan sonra Macarıstan mövqeyini dəyişdi.

Bu, Ermənistanın Avropa fondundan ikinci dəfə dəstək almasıdır. Birincisi, 2024-cü ilin iyul ayında 10 milyon avro məbləğində yardım göstərilib.

Bu dəfə məbləğ ikiqat artırılıb və prioritet Ermənistanın silahlı qüvvələrini və müdafiə qabiliyyətlərini logistika və tibbi avadanlıqla, eləcə də zəruri texniki təlimlə gücləndirməkdir. Məbləğ növbəti 35 ay üçün nəzərdə tutulub.

Seçilən
63
teleqraf.com

1Mənbələr