AZ

Batareyələri zibil qutusuna atmaq təhlükəlidir

İstifadə olunmuş batareyaları və akkumulyatorları adi zibil qabına atmaq yanğın təhlükəsi yaradır. Xüsusilə litium batareyalar (telefon, noutbuk, powerbank və s.) zədələndikdə və ya qısaqapanma zamanı tez qızaraq alovlana bilər.

QHT.az xəbər verir ki, mütəxəssislər bildirir ki, batareyələr zibil qutusunda bir-birinə və metal əşyalara toxunduqda qısaqapanma baş verir və bu, yanğına səbəb ola bilər. Risk həm daşınma, həm də çeşidləmə mərhələsində yaranır. Təhlükənin qarşısını almaq üçün batareyələr xüsusi toplama məntəqələrinə təhvil verilməlidir. Verməzdən əvvəl kontaktları skotç və ya izolyasiya lenti ilə bağlamaq tövsiyə olunur. Böyük akkumulyatorlar isə servis mərkəzlərinə verilməlidir.

Mütəxəssislər vurğulayır ki, bu qaydaya əməl etmək həm ətraf mühitin qorunması, həm də real yanğın riskinin azaldılması üçün vacibdir.

Seçilən
35
qht.az

1Mənbələr