AZ

Şimali Koreya yeni bir addım atdı! Kim Çen də bunu izlədi

Şimali Koreya lideri Kim Çen In yeni, texnoloji cəhətdən inkişaf etmiş çoxlüləli raket buraxılış sisteminin sınaq atəşini izlədiyi bildirilir.

Turkustan.az xəbər verir ki, Şimali Koreyanın Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, Şimali Koreya təkmilləşdirilmiş çoxsaylı raket buraxıcı sisteminin sınaq buraxılışını həyata keçirib.

Sınaq zamanı atılan dörd raketin buraxılış yerindən təxminən 358 kilometr məsafədəki hədəfləri vurduğu bildirilir.
Atəşi müşahidə edən Şimali Koreya lideri Kim Çen In bildirib ki, bu təlim strateji çəkindirmənin effektivliyini artırmaq baxımından böyük əhəmiyyət kəsb edir.
Kim sistemə inteqrasiya olunmuş yeni xüsusiyyətlərlə bağlı bildirib: "Əminəm ki, ən azı bir neçə il ərzində heç bir başqa ölkə bu cür texnologiyanı əldə edə və ya ona sahib ola bilməyəcək".

Şimali

Aytən Yaşar/ Turkustan.az

Seçilən
15
1
turkustan.az

2Mənbələr