GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.
“Tehran Vaşinqtonla dialoqa hazırdır. Lakin ABŞ tərəfindən təzyiq göstərilsə, özümüzü müdafiə edəcəyik”.
Globalinfo.az xəbər verir ki, bu barədə İranın BMT-dəki nümayəndəliyinin açıqlamasında deyilir.
“ABŞ sonuncu dəfə Əfqanıstan və İraqda məsuliyyətsiz şəkildə müharibələrə qoşulduqda 7 trilyon dollardan çox vəsait xərclədi və 7 mindən artıq amerikalının həyatını itirməsinə səbəb oldu. İran qarşılıqlı etimad və maraqlar əsasında dialoqa hazırdır. Lakin məcbur olunsa, özünü müdafiə edəcək və indiyədək görünməmiş cavab verəcək”, – İranın BMT-dəki daimi nümayəndəliyinin rəsmi hesabında vurğulanıb.
Əliyar Xəlil
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.