4–5 iyun 2026-cı il tarixlərində Albaniyanın paytaxtı Tirana şəhərində “Transforming Industries and Societies in an AI-Powered World” mövzusunda 6-cı Beynəlxalq Konfrans keçiriləcək.
QHT.az xəbər verir ki, konfransda süni intellekt, kibertəhlükəsizlik, innovasiya, avtomatlaşdırma və dayanıqlı rəqəmsal iqtisadiyyat kimi mövzular müzakirə olunacaq.
Təşkilatçıların verdiyi məlumata görə, konfransa qəbul edilən elmi məqalələr Scopus və Springer bazalarında dərc olunacaq.
-
Tezislərin (abstract) təqdim olunması üçün son tarix: 15 aprel 2026
-
Tam məqalələrin göndərilməsi üçün son tarix: 15 may 2026
Ətraflı məlumat və müraciət üçün rəsmi internet səhifəsinə daxil olmaq mümkündür:
👉 https://cit.edu.al/
Bu konfrans süni intellekt sahəsində çalışan tədqiqatçılar, alimlər və mütəxəssislər üçün beynəlxalq elmi platforma yaradacaq.