Ermənistan Türkiyə ilə münasibətlərin tam normallaşdırılmasına sadiqdir.
"Unikal" xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan AŞPA-nın iclasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu prosesdə artıq müəyyən irəliləyişlər əldə edilib.
"Sərhədlərin açılması, diplomatik əlaqələrin qurulması və dəmir yolu xidmətinin bərpası regionda sabitliyin və rifahın möhkəmləndirilməsində mühüm rol oynaya bilər", - deyə o bildirib.