AZ

Putin: Rusiyanın tikinti sektoru Suriyanın bərpasında iştiraka hazırdır

BAKI, 28 yanvar. TELEQRAF

Rusiyanın tikinti şirkətləri Suriyanın yenidən qurulmasında iştiraka hazırdır.

Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Suriya lideri Əhməd əl-Şara ilə görüşündə bildirib .

"Çox şeyin bərpa olunmasına ehtiyac olacaq. Bu sahədə iştiraka hazırıq", - Putin qeyd edib.

Putin Rusiyanın həmişə Suriyanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb.

Seçilən
75
1
teleqraf.com

2Mənbələr