AZ

“Liverpul” xaos, “Qarabağ” rahatlıq içində - 2:2

Dünya azərbaycanlıları gözlərini saatın əqrəblərinə dikib.

İndi hər kəs Bakı vaxtı ilə gecə saat 12-ni gözləyir.

Ölkə futbolu üçün tarixi qarşılaşmanın və nəticənin astanasındayıq.

Bu gün Çempionlar Liqasındakı layiqli təmsilçimiz “Qarabağ” 20 qat İngiltərə çempionu, 8 qat İngiltərə kubokunun qalibi, Çempionlar Liqasını 6, Avropa Liqasını 3, UEFA Superkubokunu 4 dəfə başı üzərinə qaldırmış, 2019-cu ildə Klublararası Dünyta Kubokunu qazanmış “Liverpul”un önünə çıxacaq.

Adamın tükləri biz-biz olur, deyilmi?

“Qarabağ” klub tarixinin ən uğurlu dönəmini yaşadığı bir vaxtda İngiltərəyə xal(lar) dalınca gedib.

Son 2 ildə “Bayer Leverkuzen” və “Çelsi” kimi rəqiblərlə bərabərə qalan, “Braqa”, “Benfika”, “Kopenhagen”, “Ayntraxt” kimi komandaları məğlub etməyi bacaran “köhlən atlar” növbəti heç-heçəyə inanır.

Bəli, məhz heç-heçə, yəni cəmi 1 xal. Qələbə lazım deyil, matçın yekununda tablodakı rəqəmlərin bərabər olması belə, ağdamlıları Çempionlar Liqasının pley-offuna daşıyacaq. Hətta mümkün məğlubiyyət də.

“Liverpul” xaos içindədir, baş məşqçi Arne Slot yol üstədir. ÇL-dəki nəticələr qənaətbəxş olsa da, Premyer Liqadakı vəziyyət suları bulandırıb. “Qırmızılar” mövsümün sonunda ÇL-ə vəsiqə qazanmaq şansını çətinə salıb.

Meydan sahibləri oyuna psixoloji gərginlik altında çıxacaq. Tələskənlik, xal itirmək qorxusu, azarkeşlərin qarşısında hesabat vermək öhdəliyi “Liverpul”un ziyanına işləyən amillərdir.

“Qarabağ” rahatdır. Komandamız uduzsa belə, tribunalara toplaşan 3 minə yaxın, televizor qarşısında əyləşən milyonlarla azarkeşin alqışını qazanacaq. Çünki bura qədər çəkilən əziyyət və əldə olunan qələbələr gutultulu alqışları haqq edir.

“Qarabağ”ın rəqib meydanında inamlı təsir bağışlaması faktını unutmamalıyıq. Son illərdə səfərdən qayıdan təmsilçimizi hava limanında qələbəyə görıə az təbrik almayıb. Bu dəfə də belə olacağına şübhə etməyə dəyməz.

“Ayntraxt”la oyundan əvvəl verdiyim bol qollu oyun və “Qarabağ”ın 3:2 hesablı qələbəsi proqnozu özünü artıqlaması ilə doğrultmuşdu.

Bu dəfəki hesab təxminim 2:2-dir.

Alınacaq, mütləq alınacaq!

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
15
sportinfo.az

1Mənbələr