AZ

Erməni idmançının Rafael Fiziyev haqqında dedikləri Ermənistanı qarışdırdı

UFC-nin yüngül çəkidə əsas ulduzlarından biri olan Arman Sarukyan azərbaycanlı döyüşçü Rafael Fiziyev haqqında maraqlı açıqlamalar verib.

Fanat.Az xəbər verir ki, "The Ariel Helwani Show" (TAHS) verilişinə qonaq olan Sarukyan "Ataman"ın döyüş stilini və çatışmazlıqlarını təhlil edib.

Sarukyan Fiziyevin texnikasını yüksək qiymətləndirərək, onun zərbə gücünə diqqət çəkib: "Fiziyevi bəyənirəm. Hesab edirəm ki, o, hazırda divizionda hamıdan daha yaxşı zərbələrə malikdir. Texnikası çox yüksək səviyyədədir".

Bununla belə, erməni döyüşçü təmsilçimizin bəzi zəif tərəflərini də qeyd edib. O bildirib ki, Rafael bəzən döyüş zamanı tez yorulur: "Onun problemi odur ki, zərbə endirərkən bütün gücünü istifadə edir. Bu da onun tez tükənməsinə səbəb olur. Əgər daha təmkinli olsa və texnikası üzərində bir qədər də işləsə, qələbə qazanmaq şansı artar".

Sarukyan həmçinin Fiziyevin qarşıdakı rəqibi Maurisio Ruffi ilə olan döyüşü haqqında da proqnoz verib. O, hər iki idmançının əsasən ayaqda ("stendap"da) döyüşəcəyini və maraqlı bir qarşılaşmanın gözlənildiyini vurğulayıb.

Bu açıqlamalar Ermənistan mediasında yaxşı qarşılanmayıb.

Xatırladaq ki, Rafael Fiziyev və Maurisio Ruffi arasındakı döyüş fevralın 1-i baş tutacaq.

Kamil Xudiyev

Seçilən
13
1
fanat.az

2Mənbələr