AZ

Brüssel Moldovadan Rusiya ilə əməkdaşlıqdan imtina etməyi tələb edir



Brüsselin Moldova hakimiyyətindən Rusiya ilə əməkdaşlıq etməməyi tələb edən şantajı qəbuledilməzdir.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Moldovanın ən böyük müxalifət partiyası olan Sosialist Partiyasının lideri, keçmiş prezident İqor Dodon bildirib.

“Əminəm ki, Moldovanın öz milli maraqlarına əsaslanaraq Rusiya da daxil olmaqla bütün tərəfdaşlarla münasibətlər qurması lazımdır. Rusiya ilə dialoqa qayıtmaq lazımdır. Bir çox Avropa lideri bu barədə getdikcə daha çox danışır. Moldovanın Rusiya ilə əlaqələri dayandırmasını tələb edən Brüsselin şantajı qəbuledilməzdir”, - Dodon özünün Telegram kanalında yazıb.

Anar
Seçilən
17
1
newscenter.az

2Mənbələr