AZ

Baş Prokurorluq ötən il 83 cinayət işini məhkəməyə göndərib

Ötən il Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən 83 şəxs barəsində 61 cinayət işinin ibtidai istintaqı aparılmaqla baxılması üçün məhkəmələrə göndərilib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu baş prokuror Kamran Əliyev Baş Prokurorluqda 2025-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclasında deyib. Baş prokuror qeyd edib ki, onlardan altı şəxs barəsində beş iş qəsdən adam öldürmə faktları ilə bağlı olub:

"Daxili işlər orqanları ilə birgə keçirilmiş peşəkar istintaq-əməliyyat tədbirləri ilə ötən illərdən bağlı qalmış qeyri-aşkar şəraitdə törədilmiş dörd qəsdən adam öldürmə cinayətlərinin üstü açılıb".

Seçilən
13
far.az

1Mənbələr