Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
NOCOMMENT.az xəbər verir ki, hadisə dəmir yolu vağzalının yaxınlığında qeydə alınıb.
Məlumata əsasən, “Nissan” və “Mercedes” markalı minik avtomobillərinin toqquşması nəticəsində qəza baş verib. Hadisə zamanı hər iki avtomobilə ciddi maddi ziyan dəyib.
Hadisənin səbəbləri araşdırılır.


