ain.az, GlobalInfo portalına istinadən məlumat verir.
“İranın daxili qeyri-sabitliyi Vaşinqton üçün strateji təzyiq imkanlarını artırır. Ermənistanla Azərbaycan arasında mümkün sülh sazişi isə İran və Rusiyanın Cənubi Qafqazdakı təsirini zəiflədə bilər”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin “Stars and Stripes” nəşrində dərc olunan məqaləsində analitik Ues Martin yazıb.
Müəllif qeyd edir ki, Azərbaycan Şərq–Qərb və Şimal–Cənub nəqliyyat marşrutlarının kəsişməsində yerləşən mühüm tranzit ölkədir. Avropanı qazla təmin edir və Orta Dəhliz vasitəsilə strateji əhəmiyyətini artırır.
Onun fikrincə, sülh sazişi regionda sabitliyi möhkəmləndirəcək, Rusiyanın hərbi təsirini azaldacaq və İranın geosiyasi manevr imkanlarını məhdudlaşdıracaq. Martin sonda ABŞ-ı Azərbaycana yardımı məhdudlaşdıran 907-ci düzəlişi ləğv etməyə çağırır.
Əliyar Xəlil
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.