AZ

“Zəfər Akademiyası - İlham Əliyev Məktəbi” layihəsi uğurla yekunlaşıb  

Azərbaycan Respublikasının Gənclər Fondunun "Konstitusiya və Suverenlik İli" çərçivəsində elan etdiyi qrant müsabiqəsinin qalibi olan “Zəfər Akademiyası - İlham Əliyev Məktəbi” layihəsi uğurla yekunlaşıb.

Layihə gənclər arasında Prezident İlham Əliyevin ərazi bütövlüyümüzün bərpasındakı liderlik rolunu dərindən təhlil və təbliğ etmək, dövlətçilik dəyərlərini aşılayan, düşünən və təşəbbüskar gənclər yetişdirmək məqsədi daşıyıb.

Layihə 4 gün Saatlı rayonu, 4 gün Sabirabad rayonu olmaqla, ümumilikdə 8 günü əhatə edib və 4 istiqamət üzrə təşkil olunub. Layihə çərçivəsində Konstitusiya və suverenlik anlayışları, Şuşa və Xarıbülbül mövzuları, milli birlik və “dəmir yumruq” anlayışı, liderlik bacarıqları, eləcə də Prezident İlham Əliyevin Qarabağ siyasəti və çıxışlarının analizi ilə bağlı mövzulara yer verilib. Layihənin bağlanış mərasimində gənclər “Mənim suverenlik layihəm” adlı ideya təqdimatları ilə çıxış edərək, suverenlik anlayışına öz baxışlarını, cəmiyyət və dövlət üçün gördükləri gələcək perspektivləri bölüşüblər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən "Zəfər Akademiyası - İlham Əliyev Məktəbi" qrant layihəsində iştirakı və fəallığı ilə seçilən bütün gənclərə sertifikatlar və kiçik xatirə hədiyyələri təqdim olunub.

Seçilən
24
1
azerbaijan-news.az

2Mənbələr