Ukrayna danışıqlarında gözlənilməz gəlişmə: Vitkoff və Kuşner Əbu-Dabiyə getmir
İnterpress.az xəbər verir ki, bu barədə Marko Rubio məlumat yayıb.
Məlumata görə, Stiv Vitkoff və Cared Kuşner fevralın 1-də Əbu-Dabidə keçiriləcək Ukrayna üzrə danışıqlarda iştirak etməyəcəklər. Rubio bildirib ki, tərəflər bu həftə müzakirələri davam etdirəcəklər, lakin bu dəfə proses ikitərəfli formatda baş tutacaq.
Rubio həmçinin qeyd edib ki, ABŞ-ın danışıqlarda iştirakı mümkündür, lakin həmin nümayəndələr Stiv və Cared olmayacaq. Hazırda danışıqların hansı səviyyədə və kimlərin iştirakı ilə keçiriləcəyi diqqət mərkəzindədir.
Xuraman Etibarlı
İnterpress.az