Türkiyədə yayımlanan “Aile bir imtihandır” serialı ilə yenidən gündəmə gələn Afra Saraçoğlu, layihədə diqqətçəkən bir qərarı ilə müzakirələrə səbəb olub.
Hafta.az xəbər verir ki, aktrisa serialda tərəf müqabili olan Kənan İmirzalıoğlu ilə öpüşmə səhnəsində çəkilməkdən imtina edib.
Türkiyə mətbuatında yer alan məlumatlara görə, bu addım sənət cameəsində nadir hallardan biri kimi qiymətləndirilir. Bildirilir ki, Türkan Şoraydan sonra ssenaridə açıq şəkildə yazılmış bu tip səhnəni qəbul etməyən ikinci qadın aktrisa məhz Afra Saraçoğlu olub.
Qeyd edək ki, serial hələ yayıma başlamazdan əvvəl baş rolları canlandıran aktyorlar arasındakı yaş fərqi də ictimai müzakirələrə yol açmışdı. Buna baxmayaraq, ATV ekranlarında yayımlanan layihə hazırda yüksək reytinq göstəriciləri ilə diqqət çəkir.