ABŞ NATO-nun yeni prioritetləri sırasında Arktika təhlükəsizliyinin yer almasını istəyir.
Editor.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio açıqlayıb.
Onun sözlərinə görə, bu il NATO-nun prioritetləri kimi iki yeni mövzunun ön plana çıxması arzu olunur: dənizaltı kabel infrastrukturu və Arktika təhlükəsizliyi. Üçüncü əsas istiqamət isə kritik minerallar və tədarük zəncirləridir.
Daha əvvəl Politico nəşri yazmışdı ki, NATO-nun baş katibi Mark Rüttenin rolu əsasən alyansın birliyini qorumaqla məhdudlaşıb və onun əsas məqsədi Donald Trampın hərbi bloku zəiflətməsinin qarşısını almaqdır.
//Gülnarə Abasova, Editor.az