AZ

Kolumbiyada göyərtəsində 15 nəfər olan təyyarə ilə əlaqə kəsilib

Kolumbiyada daxili reys həyata keçirən təyyarə ilə əlaqə itirilib.

APA xəbər verir ki, yerli aviaşirkət olan "Satena"nın yaydığı məlumata görə, Kukuta–Okanya marşrutu üzrə uçuş həyata keçirən təyyarənin göyərtəsində 15 nəfər - 13 sərnişin və 2 ekipaj üzvü olub.

Aviaşirkət fövqəladə vəziyyət protokolunu aktivləşdirib.

Təyyarənin yerinin müəyyənləşdirilməsi üçün Kolumbiyanın Hərbi-Hava Qüvvələrinin İdarəetmə Mərkəzi və Mülki Aviasiya Administrasiyası ilə birgə axtarış-xilasetmə tədbirləri həyata keçirilir.

Seçilən
74
2
apa.az

3Mənbələr