ain.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İspaniya və Portuqaliyanı təsir altına alan Kristin qasırğası ciddi fəsadlar törədib.
525.az xəbər verir ki, bu barədə İspaniyanın dövlət televiziyası RTVE məlumat yayıb.
Bildirilib ki, Kristin fırtınası İspaniyanın əksər ərazilərində güclü yağış, külək və qar yağmasına səbəb olub. 77 bölgədə məktəblər bağlanıb. Qar səbəbindən ölkə daxilində 140-dan çox yol qismən və ya tamamilə bağlanıb.
Əlverişsiz hava şəraiti dəmir yolu nəqliyyatına da təsir edib. Ölkə daxilində çoxsaylı qatar xidmətləri gecikmələrlə üzləşib, bəziləri isə ləğv edilib.
İspaniyanın Baş naziri Pedro Sançes vətəndaşları lazımsız səyahətlərdən çəkinməyə çağırıb və hər kəsin maksimum ehtiyatlı olmasının vacibliyini vurğulayıb.
Portuqaliya mətbuatında yer alan xəbərlərə görə, Leiriyada bir binanın çökməsi 4 nəfərin, Vila Franca de Xirada isə ağacın avtomobilin üzərinə aşması nəticəsində 1 nəfər həyatını itirib.
Ümumilikdə 1 milyondan çox abunəçnin işığı kəsilib.
Aşan ağaclar və dağıntılar yolları bağladığından bir çox əsas yollar nəqliyyatın hərəkətinə qapadılıb.
Güclü külək Koimbra hava limanında gözləyən təyyarələrə, eləcə də Leiriadakı futbol stadionuna ciddi ziyan vurub.
Portuqaliyanın bir çox yerində məktəblərin fəaliyyəti, eləcə də bəzi qatarların hərəkəti hava şəraiti səbəbindən dayandırılıb.
İbrahim Cəfərov
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.