AZ

Çempionlar Liqası: “Qarabağ” pley-offda!

“Qarabağ” Azərbaycan futbolu tarixində növbəti uğura imza atıb.

Msport.az xəbər verir ki, Ağdam təmsilçisi UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yüksələn ilk Azərbaycan klubu kimi tarixə düşüb.

Azərbaycan çempionu Liqa mərhələsinin sonuncu – VIII turunda İngiltərənin “Liverpul” klubu ilə qarşılaşıb. “Enfild Roud” stadionunda keçirilən görüşdə meydan sahibləri 5:0 hesablı qələbə qazanıblar.

Beləliklə, Liqa mərhələsini 10 xalla 22-ci pillədə başa vuran “Qarabağ” pley-off mərhələsinə vəsiqə qazanıb. Bu raundun püşkatma mərasimi yanvarın 30-da keçiriləcək. Təmsilçimizin potensial rəqibləri “Nyukasl” (İngiltərə) və “Sportinq”dir (Portuqaliya). 1/8 finala vəsiqə uğrunda oyunlar isə 17-18 və 24-25 fevral tarixlərində baş tutacaq.

Seçilən
10
msport.az

1Mənbələr