AZ

“Atletik” evdə “Sportinq”ə məğlub oldu

UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün ümumi mərhələsinin VIII turu çərçivəsində İspaniyanın “Atletik” (Bilbao) klubu Portuqaliyanın “Sportinq” komandası ilə üz-üzə gəlib. 

90deqiqe.Az-ın məlumata görə, matç Bilbaodakı “San-Mames Barria” stadionunda baş tutub və 3:2 hesabı ilə Portuqaliya klubunun qələbəsi ilə yekunlaşıb. Baş hakim Almaniyadan Felix Tsvayer olub.

Hesabı matçın 3-cü dəqiqəsində “Atletik”in yarımmüdafiəçisi Oyan Sanset açıb. 12-ci dəqiqədə “Sportinq”in müdafiəçisi Usman Dyomande hesabı bərabərləşdirib. 29-cu dəqiqədə “Atletik”in hücumçusu Gorka Guruseta komandasını önə keçirib.

İkinci hissədə isə 62-ci dəqiqədə Portuqaliya komandasının yarımmüdafiəçisi Fransisku Trinkan fərqlənib. Matçın sonlarında, 90+5-ci dəqiqədə “Sportinq”in hücumçusu Alisson Santos komandasını hesabda önə çıxarıb.

Səkkiz turdan sonra “Atletik” 8 xalla 29-cu pillədə, “Sportinq” isə 16 xalla 7-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Çempionlar Liqasının 2025/2026 mövsümünün finalı 30 may 2026-cı il tarixində Budapeştdəki “Puşkaş Arena” stadionunda keçiriləcək.

Seçilən
33
90deqiqe.az

1Mənbələr