AZ

“Futbolçularım həm üzülür, həm də sevinirlər”

ain.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandasının Çempionlar Liqasında pley-off mərhələsindəki rəqiblərindən danışıb.

“Qafqazinfo” xəbərə verir ki, təcrübəli mütəxəssis bu mərhələdəki potensial rəqibləri olan PSJ və “Nyukasl”ı bir-birindən ayırmayıb:

“Hər iki komandanın özünəməxsus oyun tərzi var. Gözləyəcəyik ki, görək hansı bizə düşür”.

Qurban Qurbanov “Liverpul”a 0:6 hesablı məğlubiyyətdən hansı dərsi çıxarıb özünüzlı aparardınız?” sualına belə cavab verib:

 “Belə oynamamaq. Mən futbolçularımı başa düşürəm. Dediyim kimi, 8 komanda arasında rahat rəqibimiz yox idi. Geridə qalan oyunlarda çox enerji sərf etmişdilər, yorulmuşdular. Sadəcə, ola bilər ki, futbolçularda bir az arxayınlıq var idi.

Düşünürdülər ki, 10 xalla ilk “24-lüy”ə düşmüşük. Bəlkə, bu arxayınlıq var idi. Hər bir halda “Liverpul” və onun stadionu digərlərindən fərqli idi. Onun da təsiri oldu. Məncə, bir də oynasaq, meydanda bundan daha yaxşı olacağıq. Buna əminəm. Çünki futbolçularımla da paltardəyişmə otağında söhbətim oldu və dedik ki, bundan daha yaxşısına layiqik”.

Mütəxəssis futbolçularının paltardəyişmə otağında məğlubiyyətə üzüldüklərini, ya pley-off-u qeyd etdikləri barədə danışıb:

 “50-50-yədir. Həm “Liverpul”a məğlubiyyətə üzülürlər, həm də sevinirlər. Meydanda qeyd etməməkləri doğru idi. Çünki özləri də bilirlər ki, daha yaxşı olmalı idilər. Həm də meydanda olanda tam bəlli deyildi. Oyunlar davam edirdi”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
26
1
qafqazinfo.az

2Mənbələr