Liverpul, 29 yanvar, AZƏRTAC
“Çox çətin səfər idi. Düşünürəm ki, burada bütün klublar çətinlik çəkir”.
Bu sözləri “Qarabağ” klubunun müdafiəçisi Toral Bayramov “Liverpul” komandası ilə oyundan sonra AZƏRTAC-a açıqlamasında deyib.
Futbolçu qeyd edib ki, qarşılaşma istədikləri kimi alınmayıb:
“Bu gün həm sevindirici, həm də üzücü anlar yaşadıq. Oyun istədiyimiz kimi getmədi. Amma 1/16 mərhələsinə vəsiqə qazandıq. Buna görə sevincliyik”.
Toral Bayramov vurğulayıb ki, komanda qarşıdakı mərhələdə ölkəni layiqincə təmsil etməyə çalışacaq.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
Liverpul