Kolumbiyanın aviasiya orqanları "Satena" şirkətinin daxili reysi həyata keçirən təyyarəsi ilə əlaqəni itirib.
"Far.Az"un məlumatına görə, aviaşirkət bu barədə "X" sosial şəbəkəsindəki açıqlamasında bildirib.
"NSE 8849 reysini həyata keçirən və Kukutadan Okanaya uçan təyyarə sonuncu dəfə 28 yanvar tarixində saat 11:54-də (Bakı vaxtı ilə saat 20:54) hava nəqliyyatı idarəsi ilə əlaqəyə çıxıb", - açıqlamada deyilir.
Aviaşirkətin məlumatına görə, SEARCA şirkəti tərəfindən idarə olunan HK4709 qeydiyyat nömrəli "Beechcraft 1900" təyyarəsində 15 nəfər olub: 13 sərnişin və iki heyət üzvü. Təyyarənin təyinat yerinə Bakı vaxtı ilə saat 21:05 radələrində enməli idi.
"Satena" təcili yardım protokolunu aktivləşdirib. Təyyarənin yerini müəyyən etmək üçün Kolumbiya Aerokosmik Qüvvələrinin İdarəetmə Mərkəzi və Mülki Aviasiya İdarəsi ilə əlaqələndirilmiş şəkildə axtarış əməliyyatları aparılır.