AZ

”Qarabağ” bu mövsüm çox yaxşı komanda olduğunu göstərdi" - Arne Slot

style='margin-bottom:10px;'>

“Liverpul”un baş məşqçisi Arne Slot Çempionlar Liqasının Liqa mərhələsinin sonuncu - 8-ci turunda "Qarabağ"a qarşı keçirdikləri oyun (6:0) haqda danışıb.

QOL.az xəbər verir ki, mütəxəssis görüşdən sonra təşkil olunan mətbuat konfransında Ağdam təmsilçisi haqda xoş sözlər səsləndirib: 

"Maraqlı oyuna keçdi. Rəqibə hörmətlə yanaşırdıq. ”Qarabağ” bu mövsüm çox yaxşı komanda olduğunu göstərdi. Liqa mərhələsində çətin matçlar keçirdik. Çempionlar Liqasında ilk "8-lik"də olmaq sevindiricidir. Xüsusilə də buna görə ki, cəmi 2 il əvvəl Avropa Liqasında oynayırdıq və 1/4 finalda mübarizəni dayandırmışdıq. İnd isə ardıcıl 2 ildir ki, Çempionlar Liqasının 1/8 finalına yüksəlirik.

Oyun ərzində 7-8 dəqiqə "Qarabağ" bizdən üstün idi. Bizimlə oyunlarda rəqiblər maksimum bu müddətdə bizdən üstün ola bilirlər. Biz məhz belə anlarda qol buraxırıq. Amma bu gün rəqibə qol şansı vermədik".

Qeyd edək ki, "Qarabağ" məğlubiyyətə baxmayaraq, turnir cədvəlini 10 xalla 22-ci pillədə başa vuraraq pley-offa adlamağı bacarıb. "Liverpul" isə 18 xalla 3-cü yeri tutaraq 1/8 finala yüksəlib.

Seçilən
128
2
teleqraf.com

10Mənbələr