UEFA Çempionlar Liqasında əsas mərhələni 10 xalla başa vuraraq turnurin 1/16 finalına yüksələn "Qarabağ"ın pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub.
Fanat.Az xəbər verir ki, tarixi ilkə imza atan Ağdam təmsilçisi PSJ (Fransa) və ya "Nyukasl" (İngiltərə) ilə üz-üzə gələcək.
Qeyd edək ki, "köhlənlər" əsas mərhələsini ümumi sıralamada 22-ci yerdə bitiriblər. Pley-off mərhələsinin püşkatma mərasimi yanvarın 30-da baş tutacaq.
Nihat