AZ

"OpenAI" biometrik yoxlamalı sosial şəbəkə yaratmaq istəyir

BAKI, 29 yanvar. TELEQRAF

"OpenAI" şirkəti botların qarşısını almaq üçün istifadəçilərin biometrik verifikasiyasını nəzərdə tutan yeni sosial şəbəkə üzərində çalışır.

Teleqraf xəbər verir ki, bu barədə "Forbes" jurnalı mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, layihə yalnız real insanlar üçün nəzərdə tutulan virtual platforma kimi planlaşdırılır və "OpenAI"nin əsas məqsədi sosial şəbəkələrdə botların geniş yayılması problemini aradan qaldırmaqdır.

"Forbes"in yazdığına görə, layihə hələ ilkin mərhələdədir və onun üzərində 10 nəfərdən az mütəxəssisdən ibarət kiçik komanda çalışır. Şirkət istifadəçilərin təsdiqlənməsi üçün biometrik üsulların tətbiqi imkanlarını araşdırır. Bu məqsədlə "Apple" şirkətinin "Face ID" üz tanıma texnologiyasından və ya "World" startapının gözün irisinin skan edilməsi alətindən istifadə variantları nəzərdən keçirilir.

Nəşrin fikrincə, yeni platformanın "X", "Instagram" və "TikTok" kimi nəhəng sosial şəbəkələrlə rəqabət aparması asan olmayacaq. Bununla belə, platformada yalnız real istifadəçilərin olması "OpenAI" üçün ciddi rəqabət üstünlüyü yarada bilər.

Seçilən
53
teleqraf.com

1Mənbələr