AZ

Keçmiş məcburi köçkün: Yurdumuza qayıdışımıza görə Prezidentə təşəkkür edirik

Doğma yurdumuza qayıdırıq. Buna görə cənab Prezidentimizə təşəkkür edirik.

"Report" xəbər verir ki, bunları jurnalistlərə Zəngilanın Məmmədbəyli kənd sakini Səlim Məmmədov deyib.

S.Məmmədov qeyd edib ki, o, bu günü illərdir arzulayıb: "Allah Prezident İlham Əliyevə uzun ömür bəxş etsin. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Şükür ki bu günü gördük.

Oradan çıxanda 24 yaşım vardı, indi 58 yaşım var. Kəndimizə çoxdan getmək istəyirdim, amma bu gün nəsib oldu".

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad olunmuş ərazilərə böyük qayıdış davam etdirilir. Bu gün rayonun Məmmədbəyli kəndinə daha 26 ailə - 142 nəfər köçürülüb.

Seçilən
33
far.az

1Mənbələr