AZ

Politico: Marin Le Penin partiyasında Rusiya məsələsinə görə parçalanma dərinləşir...

“Milli Birlik”də Moskva ilə münasibətlər fonunda köhnə xəttlə yeni nəsil arasında ziddiyyətlər güclənir...

Poliqon xəbər verir ki, Fransanın sağçı “Milli Birlik” partiyasında Rusiya ilə münasibətlərə yanaşma məsələsi ciddi daxili parçalanmaya səbəb olub. Politico nəşrinin məlumatına görə, partiya lideri Marin Le Penə yaxın olan və Moskva ilə sıx əlaqələrin saxlanmasını müdafiə edən “köhnə qvardiya” gənc deputat nəsli ilə üz-üzə gəlib. Gənc siyasətçilər Rusiyanı Fransa və Avropa üçün təhlükə kimi qiymətləndirir və Ukraynanın mövqeyini dəstəkləyirlər.

Yeni istiqamətin əsas siması kimi 30 yaşlı partiya lideri Jorndan Bardella göstərilir. O, açıq şəkildə Rusiyanı Fransa və Avropa üçün təhlükə adlandırır. Marin Le Pen isə daha çox ənənəvi qollist xarici siyasət kursuna sadiq qalır, Moskva ilə əməkdaşlığı davam etdirir və NATO-ya skeptik yanaşması ilə seçilir. Bu mövqeyə Fransanın alyansdan çıxması ideyasına müsbət baxış da daxildir. Politico yazır ki, prezident seçkilərində partiyanın vahid namizədinin kim olacağı “Milli Birlik”in gələcək xarici siyasət xəttini müəyyən edəcək.

Hazırda Marin Le Penin prezident seçkilərində iştirakı sual altındadır. Məhkəmə qərarı ilə ona beş il müddətinə seçkili vəzifələrə namizəd olmaq qadağan edilib. Lakin apellyasiya məhkəməsi bu diskvalifikasiyanı ləğv edərsə və ya qadağanın müddəti 2027-ci il prezident seçkiləri kampaniyasına qədər azaldılarsa, Marin Le Pen seçki yarışına maneəsiz qoşula bilər.

Poliqon.info

Seçilən
53
poliqon.info

1Mənbələr