AZ

Kolumbiyada içində deputatın da olduğu təyyarə qəzası baş verib

Beechcraft tipli təyyarənin qəzaya uğraması nəticəsində göyərtədə olan 15 nəfərin hamısı həlak olub...

Poliqon xəbər verir ki, Kolumbiyada Beechcraft tipli sərnişin təyyarəsi qəzaya uğrayıb. Satena aviaşirkətinin X sosial şəbəkəsində yaydığı məlumata görə, təyyarənin göyərtəsində olan 15 nəfərin heç biri sağ qalmayıb.

Bildirilib ki, təyyarədə 13 sərnişin və iki ekipaj üzvü olub. Həlak olanlar arasında Kolumbiya parlamentinin deputatı Dioqenes Kintero, həmçinin deputatlığa namizəd Karlos Salcedo da var. Qəza zamanı, eyni zamanda, Okanya şəhərinin bələdiyyə şurasının sabiq üzvü Xuan David Paçeko həyat yoldaşı ilə birlikdə təyyarədə olub.

Məlumata görə, HK-4709 bort nömrəli təyyarə NSE 8849 reysi ilə Kukuta–Okanya marşrutu üzrə uçuş həyata keçirirmiş. Təyyarə çərşənbə günü radar ekranlarından itib. Noticias Caracol telekanalı xəbər verir ki, axtarış-xilasetmə əməliyyatları ərazinin çətin relyefi və əlverişsiz hava şəraiti səbəbindən xeyli mürəkkəbləşib.

Hazırda qəzanın başvermə səbəblərinin araşdırıldığı, aidiyyəti qurumların hadisə yerində istintaq apardığı bildirilir.

Poliqon.info

Seçilən
23
poliqon.info

1Mənbələr