AZ

ABŞ Yaponiyaya silah tədarükünü uzun illər gecikdirir

BAKI, 29 yanvar. TELEQRAF

ABŞ Yaponiyaya silah və hərbi təyinatlı avadanlıqların tədarükünü beş ildən artıq müddətə gecikdirir.

Teleqraf xəbər verir ki, bu barədə aparıcı Yapon iqtisadi qəzeti "Nikkei" rəsmi audit orqanlarının məlumatlarına istinadla yazıb.

Məlumata görə, 118 müqavilə üzrə ümumi dəyəri 1,145 trilyon yen (təxminən 7,6 milyard dollar) olan silah və hərbi texnikanın çatdırılması gecikir. Gecikmələrin əsas səbəbi ABŞ-cə istehsalçı şirkətlərdə yaranan problemlər və ölkə anbarlarında zəruri silah-sursatın çatışmazlığıdır.

Yaponiya hökumətinin Hesablama Palatası Müdafiə Nazirliyindən ABŞ hakimiyyəti ilə bu məsələlərin daha fəal şəkildə həllini tələb edib.

Xüsusilə, Yapon tərəfi erkən xəbərdarlıq və kəşfiyyat təyyarələri olan "E-2D" üçün nəzərdə tutulan avadanlıqlarla bağlı dörd müqavilədən ciddi narahatlıq keçirir. Sözügedən avadanlıqların 2019-2020-ci illərdə çatdırılması planlaşdırılsa da, gecikmələr səbəbindən Yaponiya Hərbi Hava Qüvvələri köhnə model təyyarələrdən sökülmüş avadanlıqlardan istifadə etməyə məcbur qalıb.

"Nikkei" yazır ki, müqavilələrin icrasında yaranan çətinliklər, həmçinin ABŞ anbarlarında "Patriot PAC-3" raketlərinin çatışmazlığı ilə bağlıdır. ABŞ bu raketləri hazırda lisenziya əsasında Yaponiyada istehsal edən şirkətlərdən özünün almağa başlayıb.

Seçilən
26
teleqraf.com

1Mənbələr