Bakı. Trend:
"Əl-İttihad" hücumçusu Karim Benzema komandası üçün oynamamağaqərar verib.
Trend xəbər verir ki, 38yaşlı hücumçu klubun yeni müqavilə təklifindən narazıdır vərəhbərliyə bildirib ki, növbəti matç olan "Əl-Fateh" ilə görüşdəiştirak etməyəcək. Benzemanın "Əl-İttihad" ilə mövcud müqaviləsi 30iyun tarixinədək qüvvədədir.
Qeyd edək ki, cari mövsümdə Benzema Səudiyyə Ərəbistanıçempionatında 14 oyunda 8 qol vurub.