AZ

Monqolustanda qızılcaya yoluxanların sayı kəskin artıb

Monqolustanda təsdiqlənmiş qızılca hallarının sayı 14002-yə çatıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Milli Yoluxucu Xəstəliklər Mərkəzi məlumat verib.

Səhiyyə idarəsi bildirib ki, 27 yanvar tarixinə 13967 qızılca halı qeydə alınıb, o cümlədən 12 ölüm hadisəsi qeydə alınıb, iki gün sonra, 29 yanvarda isə infeksiyaya yoluxanların sayı 14002-yə çatıb. Ən yüksək yoluxma nisbəti 10-14 yaş qrupunda - 5183 hal olub. Həmçinin, 0-4 yaşlarında 3330 uşaq, 5-9 yaşlarında 1806 uşaq və 15-19 yaşlarında 1751 yeniyetmə qızılcaya yoluxub.

Seçilən
18
ucnoqta.az

1Mənbələr