AZ

Amerikalı fizik cənnətin yerini tapdığını iddia edir

Mütəxəssisə görə, biblioqrafik cənnət müşahidə edilə bilən kainatın hüdudlarından kənarda yerləşir...

Poliqon xəbər verir ki, ABŞ-ın sabiq Harvard Universiteti müəllimi, fizik Maykl Gillien biblioqrafik cənnətin yerini tapdığını açıqlayıb. Daily Mirror nəşri məlumat verir ki, Gillienin iddiasına görə, cənnət müşahidə edilə bilən kainatın hüdudlarından kənarda yerləşir. Onun fikrincə, burada zaman dayanır və keçmiş, indiki və gələcək anlayışları mövcud deyil. Gillienin sözlərinə görə, bu vəziyyət Müqəddəs Kitabda təsvir olunan cənnətə uyğundur.

Lakin əksər astronomlar fərqli mövqedədirlər. Onların fikrincə, müşahidə edilə bilən kainatın hüdudlarından kənarda kosmik məkan mövcuddur, lakin biz onu işığın sonlu sürəti səbəbindən görə bilmirik.

Qeyd edək ki, bundan əvvəl ABŞ-lı 72 yaşlı neyrocərrah Eben Aleksander koma vəziyyətindən ayıldıqdan sonra ölümdən sonrakı dünyada bacısı ilə görüşdüyünü bildirmişdi. O, komada olduğu vaxt şüurunun ölümdən sonrakı dünyaya keçdiyini, həmin məkanı isə cənnət hesab etdiyini açıqlayıb. Neyrocərrah orada özünü “milyonlarla digər kəpənəklərin içində qanadlı şüurun bir parçası” kimi hiss etdiyini deyib.

Bir neçə ay sonra Aleksanderə uşaqlıqda ayrı düşdüyü bacısı Betsinin fotosu göstərilib. Alim bildirib ki, bacısı onun ölümdən sonrakı dünyada rəhbəri rolunu oynayıb.

Poliqon.info

Seçilən
139
22
poliqon.info

10Mənbələr