AZ

“Fənərbaxça”ya gəlmək istəyən dünya ulduzu rədd edildi

“Fənərbaxça” hücumçu transferi ilə bağlı səylərini davam etdirir. Metbuat.az xəbər verir ki, dünyaca məşhur hücumçu Romelu Lukaku “Fənərbaxça”ya təklif edilib. Jurnalist Ertan Süzgünün sözlərinə görə, Türkiyə nəhənginin məşqçisi Domeniko Tedesko təklifi rədd edib. Bildirilir ki, “Napoli”nin futbolçusu zədəsini yeni sağaldıb və əvvəlki performansını bərpa edə bilməyib.

Qeyd edək ki, Romelu Lukakunun transfer dəyəri 15 milyon avrodur. 5 il əvvəl onun transfer dəyəri 100 milyon avroya çatmışdı. Lukakunun “Napoli” ilə müqaviləsi 2027-ci ildə yekunlaşır.

Seçilən
12
metbuat.az

1Mənbələr