Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampa İranla bağlı üçtərəfli sammit təklif edib.
Bizimyol.info xəbər verir ki, bu barədə məlumatı Türkiyənin hökumətyönlü qəzeti "Hürriyət" yazıb.
Qəzetin məlumatına görə, Ərdoğan təklifi 27 yanvarda ABŞ prezidenti ilə telefon danışığı zamanı açıqlayıb. Türkiyə lideri ABŞ, İran və Türkiyə arasında, ehtimal ki, videokonfrans vasitəsilə zirvə görüşünün keçirilməsini istəyib. Qəzet: "Trampın Ərdoğanın təklifinə müsbət yanaşdığı bildirilir", - deyə qeyd edib.
"Hürriyət" həmçinin İranın xarici işlər naziri Abbas Əraqçinin bu həftə həmkarı Hakan Fidanla danışıqlar aparmaq üçün Türkiyəyə səfər edəcəyini bildirir, baxmayaraq ki, konkret tarix açıqlanmayıb.
Türkiyə və İranın xarici işlər nazirləri sonuncu dəfə 28 yanvarda telefonla danışaraq İranla bağlı son hadisələri və bölgədəki gərginliyin azaldılması səylərini müzakirə ediblər.
Ankara İranla bağlı vəziyyətin diplomatiya yolu ilə həll olunacağını gözləyir. Türkiyənin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç bunu çərşənbə axşamı "TRT Haber"ə bildirib. O qeyd edib ki, Türkiyə İranın işlərinə xarici müdaxilənin müsbət nəticə verməyəcəyinə inanır.
29 dekabrda İranda rialın kəskin şəkildə ucuzlaşması ilə başlayan küçə etirazlarından sonra iğtişaşlar başlayıb və əksər böyük şəhərlərə yayılıb. Əraqçinin sözlərinə görə, 8 yanvardan bəri nümayişçilər arasında silahlı terrorçular peyda olub. Tehran iğtişaşlara görə İsrail və ABŞ-ı günahlandırıb.
Qadir, Bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.