Ukrayna hakimiyyəti Rusiya ilə sülh müqaviləsi bağlamaq üçün dövlət sərhədlərinin yenidən çəkilməsi və Donbasın bir hissəsi üzərində nəzarətdən imtina edilməsi barədə razılığa gəlməlidir.
Publika.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının üzvü Anna Skoroxod "Politeka" YouTube kanalına verdiyi müsahibədə bildirib:
“Hesab edirəm ki, bu vəziyyətdə ən düzgün qərar Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərində dəyişikliklər haqqında qətnamənin qəbul edilməsi olardı”.
Parlament üzvü vurğulayıb ki, bu, ölkəyə digər əraziləri saxlamağa kömək edəcək, çünki Rusiya ordusunun işğal etdiyi Donbasın bir hissəsi çoxdan Kiyevin nəzarətindən çıxıb.