Müəllif:Mehin Qasımova,Banco.az
"Tesla" şirkəti 2025-ci ilin oktyabr-dekabr ayları üzrə maliyyə hesabatlarını açıqlayıb.
Banco.az xəbər verir ki, ABŞ-ın elektrik avtomobil istehsalçısı "Tesla"nın xalis mənfəəti ötən ilin dördüncü rübündə illik müqayisədə 61 faiz azalıb.
Müvafiq olaraq, şirkətin gəliri ötən ilin son rübündə illik müqayisədə 3 faiz azalaraq 24,9 milyard dollara düşüb.
"Tesla" 2024-cü ilin eyni dövründə 25,7 milyard dollar gəlir əldə etmişdi. Şirkətin gəliri də 2025-ci ildə illik müqayisədə 3 faiz azalaraq 94,8 milyard dollara düşüb.
Elektrikli avtomobil istehsalçısının xalis mənfəəti ötən ilin dördüncü rübündə illik müqayisədə 61 faiz azalaraq 840 milyon dollara düşüb. "Tesla"nın xalis mənfəəti 2024-cü ilin son rübündə 2,1 milyard dollar olaraq qeydə alınıb. Şirkətin 2025-ci il ərzində xalis mənfəəti 46 faiz azalaraq 3,8 milyard dollara düşüb.
"Tesla"nın səhm başına mənfəəti də 2024-cü ilin dördüncü rübündəki 60 sentdən 2025-ci ilin eyni dövründə 24 sentə düşdü.
Ötən ilin son rübündə azalmaya baxmayaraq, "Tesla"nın gəliri və mənfəəti bazar gözləntilərini üstələyib.