AZ

"Dördüncü qol biabırçılıqdır" - Mbappe

style='margin-bottom:10px;'>

"Real"ın hücumçusu Kilian Mbappe Çempionlar Liqasının Liqa mərhələsinin son turunda "Benfika"ya uduzduqları (2:4) oyunu şərh edib.

QOL.az AS nəşrinə istinadən xəbər verir ki, fransalı hücumçu son dəqiqələrdə buraxdıqları qolu biabırçılıq adalnadırıb. Portuqaliya klubunun qapıçısı Anatoli Trubin oyunun  90+8-ci dəqiqəsində baş zərbəsi ilə qol vuraraq komandasının pley-offa yüksəlməsini təmin edib.

Mbappe qarşılaşmadan sonra deyib: "Bu gün gördüklərimiz anormaldır. Dördüncü qol biabırçılıqdır. Üçüncü qol da heç nəyi dəyişmədi, amma bu qolları buraxdığımıza görə bir az utanırıq. Bunu düzəltməliyik, çünki bundan əvvəl üç yaxşı oyunumuz var idi"". 

Qeyd edək ki, "Real" Çempionlar Liqasında 8 oyundan 15 xal toplayıb və 1/8 finala yüksəlib.

Seçilən
55
1
teleqraf.com

2Mənbələr