AZ

"Bəzən onun hərəkətlərini bəyənmirəm" - Melaniyadan Trampa

ABŞ-nin birinci xanımı Melaniya Tramp həyat yoldaşı Donald Trampın rəqsi barədə fikirlərini bölüşüb. 

"Unikal" xəbər verir ki, o, bu  barədə "Fox News"a danışıb.  

Melaniyanın sözlərinə görə, "müəyyən anlarda" o, Trampın rəqslərindən zövq alır.

"Onun uyğunsuz rəqslər etdiyi vaxtlar olub və mən ona bunu dedim", - birinci xanım ifadə edib.  

O, əlavə edib ki, Amerika liderinin rəqsi insanlara "xoşbəxtlik və sevinc" gətirir və etiraf edib ki, özü də ərinin andiçmə mərasimində onun ən sevdiyi mahnılardan biri olan "YMCA" mahnısına rəqs edib.  

Yanvarın əvvəlində Tramp Respublikaçı qanunvericilər qarşısında çıxışı zamanı Melaniyanın onun ictimai rəqslərindən nifrət etdiyini etiraf etmişdi. O, həyat yoldaşını zərif və incə adlandırmış və əlavə etmişdi ki, Melaniya onun hərəkətlərini "prezidentliyə yaraşmayan" adlandırıb.

Gülayə Mecid 

Seçilən
43
1
unikal.az

2Mənbələr