ain.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Real Madrid"in hücumçusu Kilian Mbappe "Benfika" ilə oyunda (2:3) qol vuraraq Çempionlar Liqasının rekorduna imza atıb.
Fanat.Az xəbər verir ki, fransız futbolçu matçın 30-cu dəqiqəsində qol vurub.
"Opta"-nın hesablamasına görə, Mbappe Çempionlar Liqasının cari mövsümündə vurduğu qolların sayını 12-yə çatdırıb ki, bu da turnirin qrup (əsas) mərhələsi üçün rekorddur. 27 yaşlı futbolçu 2015/16 mövsümünün qrup mərhələsində 11 qol vuran "Real Madrid"in keçmiş ulduzu Kriştianu Ronaldunu geridə qoyub.
Qeyd edək ki, Kilian Mbappe 12 qola çatmaq üçün 7 oyuna ehtiyac duyub, Ronaldu isə 6 matçda 11 qol vurub (o vaxt cəmi altı tur oynanılırdı).
Abunə Ol
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.