AZ

NPR: Tramp administrasiyası nüvə təhlükəsizliyi direktivlərini gizli şəkildə yumşaldıb...

Yeni qaydalar yeni nəsil reaktorların tikintisini sürətləndirməyə yönəlib…

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Trampın administrasiyası nüvə energetikası sahəsində yeni obyektlərin tikintisi zamanı təhlükəsizlik direktivlərini yumşaldıb. ABŞ-ın Milli İctimai Radiosu (NPR) sənəd nüsxələrinə istinadən xəbər verir ki, yenilənmiş direktivlər sahə təşkilatlarına və müvafiq qurumlara göndərilib, lakin geniş ictimaiyyət üçün açıqlanmayıb.

NPR yazır ki, dəyişikliklər yeni nəsil nüvə reaktorlarının layihələndirilməsini sürətləndirmək məqsədi daşıyır. Hazırda ABŞ-da üç belə obyekt inşa olunur və onlar bu ilin yayına qədər istifadəyə verilməlidir.

Yeni direktiv versiyası əvvəlki sənəddən 750 səhifə azdır və bu azalmalar reaktorların təhlükəsizlik tələblərinə aiddir. NPR-ın yaydığı məlumata görə, xüsusilə yeraltı suların və ətraf mühitin qorunması tədbirləri yumşaldılıb, həmçinin işçilərin qəza baş verməzdən əvvəl üzləşə biləcəyi radioaktiv dozaya dair limit yüksəldilib.

ABŞ Energetika Nazirliyi yeniliyi şərh edərək bildirib ki, “lüzumsuz normativ aktların azaldılması sahədə innovasiyaları təşviq edəcək, lakin təhlükəsizliyə təhdid yaratmayacaq”. Direktivlərin geniş ictimaiyyət üçün açıqlanması isə “bu ilin sonuna” planlaşdırılır.

Poliqon.info

Seçilən
18
poliqon.info

1Mənbələr