AZ

Zavod çörəyinin çəkisi azaldılıb

Azərbaycanda istehsal olunan zavod çörəyinin çəkisi azaldılıb.

Xezerxeber.az-ın məlumatına görə, marketlərdə satılan zavod çörəyinin çəkisi 20 qram endirilib.

Məsələn, bir neçə gün əvvələ kimi 65 qəpiyə təklif olunan 620 qramlıq “Binə” çörək zavodunun məhsulu hazırda 600 qramdır.

Müşahidələrimiz göstərir ki, çəki azalması yalnız “Binə” çörək zavodunun deyil, digər müəssisələrin məhsulunda da baş verib.

Çəki azaldılması unun qiymətinin bahalaşması ilə əlaqələndirilir.

Xatırladaq ki, ötən il fevralın 1-dən 50 qəpiklik çörək 55, 55 qəpik olan çörək isə 65 qəpiyə qaldırılmışdır. Amma çəkidə də artım qeydə alınmışdır. Məsələn, 440-450 qramlıq çörək 500, 510 qramlıq çörək isə 620 qrama qaldırılmışdır. Bu dəfə isə qiymətdə artım yoxdur, sadəcə, çəkidə azalma var.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
11
1
xezerxeber.az

2Mənbələr