AZ

Müalicə yoxdur, amma meyvə var: Harvard həkimindən beyni gücləndirən “bənövşəyi möcüzə”

100 yaşına qədər yaşamaq artıq xəyal deyil. Əsas məsələ o yaşa sağlam yaddaş və aydın düşüncə ilə çatmaqdır.

E-saglam.az-ın məlumatına görə, müasir dövrdə “beyin dumanı”, diqqət dağınıqlığı və yaddaş zəifləməsi artıq yalnız yaşlılarda deyil, 20 yaşlı gənclərdə də geniş yayılıb. Rəqəmsal həyatın sürəti, davamlı stress və informasiya yüklənməsi beynin daha tez yorulmasına səbəb olur.

Harvard Universitetinin qidalanma üzrə psixiatrı Dr. Uma Naidoo bildirir ki, beyin sağlamlığını qorumağın və zehni performansı gücləndirməyin ən güclü yollarından biri düzgün qidalanmadır. Xüsusilə antioksidantlar və flavonoidlərlə zəngin qidalar beynin qocalmasını ləngidir, hüceyrələri qoruyur və yaddaşı gücləndirir. Bu maddələrin ən zəngin mənbələrindən biri isə bənövşəyi rəngli giləmeyvələrdir.

Qaragilə, çiyələk və böyürtkən Dr. Naidoo-nun “bənövşəyi möcüzə” adlandırdığı meyvələr sırasındadır. Bu meyvələrin müntəzəm qəbulu beynin paslanmasının qarşısını alır, idrak funksiyalarını gücləndirir və yaddaş itkisi riskini azaldır. Xüsusilə qaragilə beyin üçün əsl super qida hesab olunur.

Qaragilənin tərkibində olan antosiyanin maddəsi güclü yaddaş stimulyatorudur və beyin hüceyrələri arasındakı əlaqəni gücləndirir. Bu, yaddaşın bərpasına və öyrənmə qabiliyyətinin artmasına kömək edə bilər. Eyni zamanda fol turşusu sinir hüceyrələri arasında məlumat ötürülməsini sürətləndirir, həm zehni çevikliyi, həm də əhval-ruhiyyəni yaxşılaşdırır.

Bu meyvələr güclü antioksidant təsiri ilə bədəndəki iltihabı azaldır, qan dövranını yaxşılaşdırır və beyin toxumasını zədələnmədən qoruyur. Pterostilbene maddəsi isə qan şəkərinin balansda qalmasına kömək edir, bu da diabet riskinin azalması ilə yanaşı beynin enerji təminatını da stabilləşdirir. Bundan başqa, görmə qabiliyyətini gücləndirir və retina sağlamlığını dəstəkləyir.

Qaragilə həm də aşağı kalorili və az karbohidratlı olduğu üçün çəkiyə nəzarət edənlər üçün ideal seçimdir. Dr. Uma Naidoo-ya görə, dərman olmasa belə, düzgün seçilmiş qidalar beyni “yenidən qurmaq”, yaddaşı gücləndirmək və idrak sağlamlığını qorumaq üçün ən təbii və effektiv yoldur.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
23
e-saglam.az

1Mənbələr