AZ

AzMİU-da WUF13 çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub (FOTO)

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) BMT-ninMəskunlaşma Proqramının (UN-Habitat) və WUF13 Azərbaycan ƏməliyyatŞirkətinin nümayəndələrinin iştirakı ilə görüş keçirilib.

Görüşdə AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova,UN-Habitat-ın Azərbaycan üzrə ölkə ofisinin rəhbəri Anna Soave,WUF13-ün Akademik Əməkdaşlıq üzrə məsul şəxsi, UN-Habitat-ınPotensialın Gücləndirilməsi və Təlim Bölməsinin rəhbəri vəzifəsiniicra edən Raphaëlle Vignol, WUF13 Azərbaycan Əməliyyat Şirkətininsubstantiv məzmun üzrə meneceri Cəmilə İsmayılzadə, eləcə dəAzMİU-nun nümayəndələri iştirak ediblər.

Görüş zamanı Ümumdünya Şəhərsalma Forumu – WUF13 çərçivəsindəakademik əməkdaşlıq imkanları, universitetlərin forum prosesindəiştirakı, elmi-tədqiqat və təhsil müəssisələrinin qlobal şəhərsalmagündəliyinə töhfə mexanizmləri müzakirə olunub. AzMİU-nunşəhərsalma, memarlıq və davamlı inkişaf sahələrində elmi vəpraktiki potensialının WUF13 platformasında təqdim edilməsi,universitetin forumda aktiv iştirak imkanları diqqət mərkəzindəolub.

Tərəflər WUF13 çərçivəsində birgə tədbirlərin, akademiksessiyaların, elmi müzakirələrin və təcrübə mübadiləsinin təşkiliperspektivlərini müsbət dəyərləndirərək əməkdaşlığıngenişləndirilməsində maraqlı olduqlarını bildiriblər.

Görüş qarşılıqlı fikir mübadiləsi və real əməkdaşlıqistiqamətlərinin müəyyənləşdirilməsi ilə yekunlaşıb.

AzMİU-da
AzMİU-da
AzMİU-da
AzMİU-da
Məqalədə:
Seçilən
45
5
az.trend.az

6Mənbələr