Yanvarın 28-də Azərbaycanda 60 cinayət hadisəsi qeydə alınıb, eyni zamanda əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması təmin edilib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Məlumata əsasən, aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 169 nəfər saxlanılıb. Saxlanılanlardan 128 nəfəri borclu şəxs qismində axtarışda olub və aidiyyəti üzrə təhvil verilib.
Nazirliyin məlumatında bildirilir ki, hesabat günü ərzində narkotiklərlə əlaqəli 36 fakt, eləcə də qanunsuz saxlanılan silah-sursatın aşkarlanması və götürülməsi ilə bağlı 15 fakt müəyyən edilib.
Bundan əlavə, cinayət törətməkdə şübhəli bilinən 78 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.
Gülnar